Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ehsan Zahidov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Fəzail Ağamalının oğlunun maşınla adam vurması barədə məlumata malik deyil
Eyni zamanda, Axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata əsasən, Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.
Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.
1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.
MilliYol.Az



































