Poroşenko Ukraynanın ən böyük problemini açıqlayıb


Ukrayna prezidenti Pyotr Poroşenko korrupsiyanı ölkənin ən böyük problemi adlandırıb

APA-nın xəbərinə görə, P.Poroşenko bunu “Profil” jurnalına müsahibəsində bildirib.

“Korrupsiya Ukraynanın ən böyük problemi olub və qalmaqdadır”, - deyə Poroşenko qeyd edib.

Prezident qeyd edib ki, oliqarxlar, siyasətçilər və məmurlar tərəfindən ölkədən qanunsuz çıxarılan vəsaitlərin qaytarılması üçün Ukrayna tərəfi qərb ölkələrin xüsusi xidmət qurumları əməldaşlığı davam etdirəcək.
Poroşenko Ukraynanın ən böyük problemini açıqlayıb - Milliyol.az