Prezident aşıqlarla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda aşıq sənətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Axundov Umbay Sadıq oğlu
Allahverdiyev Əhliman Məhəmməd oğlu
Balasiyev Həşim Səftər oğlu
Əliyev Fətulla Əbdüləzim oğlu
Kosayeva Solmaz Qorçu qızı
Musayev Xanmusa Musaxan oğlu.

MilliYol.Az
Prezident aşıqlarla bağlı sərəncam imzaladı - Milliyol.az