Prezident BMT Baş katibinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

MilliYol.Az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident BMT Baş katibinin müavinini qəbul etdi - Milliyol.az