Prezident İbrahim Məmmədovla bağlı sərəncam imzaladı

İbrahim Məmməd oğlu Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

MilliYol.az-ın məlumatına görə, Sərəncamda qeyd olunub ki, İ.Məmmədov media sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif edilib.

Qeyd edək ki, İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəridir.

 

Prezident İbrahim Məmmədovla bağlı sərəncam imzaladı - Milliyol.az