Prezident Pirallahıda yeni körpünün açılışında iştirak edib - FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

MilliYol.Az-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

MilliYol.Az