Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

MilliYol.Az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin".

 

Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdi - Milliyol.az