Prezident Vəli İsrafilovu təbrik etdi

Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanmış Vəli İsrafilovu təbrik edib.

MilliYol.Az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!” – deyə Prezident paylaşımında yazıb.

Prezident Vəli İsrafilovu təbrik etdi - Milliyol.az