Prezidentdən veteranlarla sərəncam - yarım milyon manat


Prezident İlham Əliyev Azərbaycanda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 000 (beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
Prezidentdən veteranlarla sərəncam - yarım milyon manat - Milliyol.az