Putin baş nazir vəzifəsinə Medvedevin namizədliyini irəli sürüb


Rusiya prezidenti Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb

Medvedevin namizədliyini Dövlət Duması təsdiqləməlidir.

"Rusiya Konstitusiyasının 83 və 111-ci maddələrinə müvafiq olaraq prezident Rusiya Federasiyasının hökumət sədri vəzifəsinə təyin olunması üçün Dmitri Medvedevin namizədliyini Dövlət Dumasına təqdim edib", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

MilliYol.Az
Putin baş nazir vəzifəsinə Medvedevin namizədliyini irəli sürüb - Milliyol.az