“Qarabağ” - “Şerif” oyununun hakimləri məlum oldu

Avqustun 30-da Bakıda, Tofiq Bəhramov adına stadionunda Avropa Liqasının pley-off raundunda Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında cavab matçı keçiriləcək

Cavab matçını makedoniyalı hakimlər briqadası idarə edəcək. Bu görüşün baş hakimi makedoniyalı Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostandinov və Dimitar Mekarovski kömək edəcəklər.

Xatırladaq ki, görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq. Virtualaz.org xatırladır ki, ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.

MilliYol.Az

“Qarabağ” - “Şerif” oyununun hakimləri məlum oldu - Milliyol.az