Qarabağda daha bir erməni əsgəri öldü


Yanvarın 16-da, saat 01:15 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda erməni əsgəri, 1988-ci il təvəllüdlü Harutyun Vanya Xaçatryan ölüb

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Erməni əsgərin hansı şəraitdə öldüyü bilinmir. Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.

MilliYol.Az