Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır

Ötən gün Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda ağır güllə yarası alan erməni hərbçi Tatul Aramayis Harutyunyanın vəziyyəti kritikdir.

MilliYol.Az azvision.az -a istinadən xəbər verir ki, erməni hərbçi hospitala ağır vəziyyətdə gətirilib.

Qeyd edək ki, dünən saat 18:20 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda xidmət aparan erməni hərbçi ağır güllə yarası alıb. 

Yaralanan hərbçi 1997-ci il təvəllüdlü Tatul Aramayis Harutyunyandır.

MilliYol.Az
Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır - Milliyol.az