“Qarabağın həlli üçün maksimum səy göstərəcəyəm“


"Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm"
Bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalıb gələn iki namizəddən biri – Emmanuel Makron bildirib.

“Siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil”, – o, vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək.

MilliYol.Az
“Qarabağın həlli üçün maksimum səy göstərəcəyəm“ - Milliyol.az