Qasırğa bir ölkədə 4600 nəfərin ölümünə səbəb olub




Porto Rikoda ötən il müşahidə edilən Mariya qasırğası 4600 nəfərin ölümünə səbəb olub

Qaynarinfo xəbər verir ki, Harvard Universiteti 20 sentyabr-31 dekabr 2017-ci il tarixlərində qasırğa səbəbilə dünyasını dəyişənlərin göstərilən rəqəmdən 70 dəfə çox olduğunu bildirib. 
 
Mariya qasırğası başlayandan bəri Porto Rikoda ölənlərin sayı 60% artıb. Bu rəqəmə ölkənin səhiyyəsindəki çatışmazlıqların səbəb olduğu ölümlər də daxildir. 
 
Rəsmi rəqəmlərə görə, ölkədə 64 nəfər qasırğa nəticəsində dünyasını dəyişib.

MilliYol.Az
Qasırğa bir ölkədə 4600 nəfərin ölümünə səbəb olub - Milliyol.az