Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu


“İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.

Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar.


MilliYol.Az
Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu - Milliyol.az