“Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq”


“Bu gün Quba rayonundakı "Quba Palace Hotel”ə məxsus kanatda baş verən hadisə texniki nasazlıqdan baş verib”

 Bunu Modern.az-a açıqlamasında Qubadan olan deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov rayondan aldığı məlumata əsasən, bir nəfərin öldüyünü, iki nəfərin xəsarət aldığını deyib:

“Xəstəxanaya yerləşdirilənlərdən biri artıq evə buraxılıb. Aldığım məlumata görə hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır”.

Deputat ölüm faktına görə cinayət işinin açılacağını istisna etməyib.

Quba Rayon Prokurorluğundan Modern.az-a araşdırmalar getdiyi üçün əlavə məlumat verilməyəcəyi bildirilib.

Qeyd edək ki, "Quba Palace Hotel”in kanatının qırılması nəticəsində Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib. Həlak olan və yaralanan şəxslərin Rusiyaya məxsus "SCADA” şirkətinin əməkdaşları olduğu bildirilir.
“Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq” - Milliyol.az