Qüds məsələsi Bakıda müzakirə ediləcək


İyulun 20-21-də Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Konfransın işində Fələstin dövlətinin, digər ərəb ölkələrindən dövlət rəsmilərinin iştirak edəcəyi gözlənilir.

MilliYol.Az