Rauf Dadaşov da ATV-dən çıxarıldı


Xəbər verdiyimiz kimi, bu saatlarda ATV kanalında kadr dəyişikliyi edilir


Axşam.az-ın məlumatına görə, telekanalın rəhbəri Vüqar Qaradağlı işdən uzaqlaşdırılıb.

Vəzifəsindən azad edilənlərdən biri də kanalın vitse-prezidenti Rauf Dadaşov olub.

Hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. O, kollektivə direktor vəzifəsini Azər Xəlilovun icra edəcəyini bildirib.

A.Xəlilov CBC telekanalının baş direktorudur.

Qeyd edək ki, Rauf Dadaşov V.Qaradağlının qaynıdır.

MilliYol.Az
Rauf Dadaşov da ATV-dən çıxarıldı - Milliyol.az