Rəfael Hüseynov gerbimizə və himnimizə qarşı- Milli Məclisdə şok təklif


Komitə sədri Azərbaycan gerbinin və himninin dəyişdirilməsini təklif edir

Gununsesi.info  xəbər verir ki, bunu  Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib.

 Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə  Azərbaycan gerbində dəyişiklik edilib və oradakı alov ərəb əlifbası ilə Allah kəlamı yazılıb. Ona görə də gerb məsələsinə yenidən dəyişdirilməsli və  dövrün tələbinə uyğun yenidən işlənilməlidir.

R. Hüseynov eyni zamanda himndə də dəyişiklik edilməsini təklif edib. O deyib ki, AXC hakimiyyəti dövründə huimnin sözlərinə dəyişiklik edilib. “Ona görə də təklif edirəm ki, həm gerb, həm də himnə düzəlişlə bağlı xüsusi komissiya yardılmalıdır və bu səhvləri aradan qaldırılmalıdır”– deyə, R. Hüseynov bildirib.


MilliYol.Az
Rəfael Hüseynov gerbimizə və himnimizə qarşı- Milli Məclisdə şok təklif - Milliyol.az