Rəşad Sadıqov oyundan sonra qəzaya düşdü (FOTO)  

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qəza keçirib.
 
"Qafqazinfo” xəbər verir ki, hadisə dünən Avropa Liqası çərçivəsində keçirilən "Qarabağ” – "Ayaks” (0:3) oyunundan sonra baş verib. 
 
O, dayanacaqdan çıxarkən maşınını ağaca vurub. 
 
Qəza zamanı R.Sadıqovun "Range Rover” markalı avtomobilinə ziyan dəyib. 
 
Hadisə zamanı xəsarət alan olmayıb. 
 

Rəşad Sadıqov oyundan sonra qəzaya düşdü (FOTO) - Milliyol.az