Robert Koçaryana qarşı Ermənistanda konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb




Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.  
 
Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdir. (Yenilənir) 

MilliYol.Az