Rus qırıcıları türk əsgərlərini bombaladı: 3 şəhid, 11 yaralı

Rusiya hərbi təyyarələri Suriyanın Əl Bab mahalında yanlışlıqla Türkiyə hərbçilərini vurub.

Bu haqda Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.

Məlumata görə, bu gün saat 08:40 radələrində türk əsgərlərinin olduğu bir bina rus qırıcıları tərəfindən bombalanıb. Hadisə nəticəsində üç əsgər şəhid olub, biri ağır olmaqla 11 əsgər yaralanıb.

MilliYol.Az 
Rus qırıcıları türk əsgərlərini bombaladı: 3 şəhid, 11 yaralı - Milliyol.az