Rusiya Federasiya Şurasının sabiq üzvü tutulub


Rusiya Federasiya Şurasının sabiq üzvü, Qaraçay-Çərkəz Respublikasının keçmiş senatoru Vyaçeslav Deryev tutulub

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə istintaqa yaxın mənbə bildirib.

Məlumata görə, yaxın zamanda onun barəsində həbs qətimkan tədbiri seçiləcək.

Keçmiş senator dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir. Cinayət işini Rusiya İstintaq Komitəsi araşdırır.

MilliYol.Az
Rusiya Federasiya Şurasının sabiq üzvü tutulub - Milliyol.az