“Rusiya ilə münasibətlər düzəlməlidir!”


ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersona Rusiya ilə münasibətləri bərpa etməklə bağlı təlimat verib

Bu barədə ABŞ dövlət katibi Yeni Zelandiyaya səfəri zamanı açıqlama verib:

“Mənə kifayət qədər dəqiq təlimat verdi – irəliləyiş əldə edəcəyimizi düşündüyüm bütün sahələrdə iş aparmalıyam”.

Tillersonun sözlərinə görə, Tramp bildirib ki, Rusiya ilə onun mümkün əlaqələrinə dair iddialar münasibətlərin bərpasına mane olmamalıdır(azadliq.info).

MilliYol.Az
“Rusiya ilə münasibətlər düzəlməlidir!” - Milliyol.az