Rusiya qırıcıları İdlibi vurdu

Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası Rusiya hərbi qırıcılarının müxalifətin nəzartindəki son vilayət olan İdlibə hava hücumuna başladığı barədə məlumat yayıb

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb.

Bölgədə silahlı müxaliflərlə yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığı deyilir. Əsəd qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə qətliam törədəcəyinə dair ehtimallar var.

MilliYol.Az