Rusiya Türkiyəni aldatdı - MÜHARİBƏ BAŞLANDI

Əsəd ordusu və İranın nəzarətindəki şiə qruplar Hələbdəki atəşkəsi pozaraq hücuma keçib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30-dan başlayaraq Əsəd ordusu top mərmiləri atıblar.

Müxaliflərin nəzarətindəki 6 kilometr kvadrat metr əraziyə 40 dəqiqə içində onlarca top mərmisi atılıb.

Qeyd edək ki, Türkiyənin vasitəçiliyi və Rusiyanın rəhbərliyi ilə dünən saat 19:00-da Hələbdə atəşkəs bağlanmışdı. Atəşkəs əldə olunan kimi müxaliflər bölgədəki sivil əhalini və yaralıları çıxarmağa başladı. Lakin bu gün səhərdən başlayaraq, hücum yenidən başlayıb.

MilliYol.Az
Rusiya Türkiyəni aldatdı - MÜHARİBƏ BAŞLANDI - Milliyol.az