Rusiyada qəzaya uğramış təyyarənin pilotlarının axtarışı davam edir  

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Fövqəladə Hadisələrin Təhqiqatı üzrə Komissiyadakı mənbədən alınmış ilkin məlumata görə, dünən qəzaya uğrayaraq Azov dənizinə düşmüş L-39 “Albatros” təlim-məşq təyyarəsinin pilotları həlak olub. Lakin bu xəbər hələ rəsmən təsdiq edilməyib

L-39 “Albatros” təlim-məşq təyyarəsi Krasnodar diyarının Doljanskaya yaşayış məntəqəsinin yaxınlığında plan üzrə nəzərdə tutulan təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq suya düşüb. Pilotların hər ikisi katapultla tullanmağa macal tapıblar.

Xilasetmə-axtarış qrupu qəza baş verən rayonda pilotların axtarışını davam etdirir.(azərtac)

MilliYol.Az

Rusiyada qəzaya uğramış təyyarənin pilotlarının axtarışı davam edir - Milliyol.az