Rusiyada yıxıldı, Azərbaycanda öldü - Sumqayıtda film kimi olay

Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.

Lent.az xəbər verir ki, Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yaşayan, 1970-ci il təvəllüdlü Ziya Əlipənah oğlu Yusifov bir müddət əvvəl Rusiyada yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.

Bir neçə gün əvvəl Azərbaycana qayıdan Z.Yusifov Sumqayıtda ailəsinin yaşadığı evdə ölüb. Onun Rusiyada yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

 

Rusiyada yıxıldı, Azərbaycanda öldü - Sumqayıtda film kimi olay - Milliyol.az