Rusiyadan Azərbaycana gələn sərnişin mikroavtobusu qəzaya uğradı

Rusiyanın Stavropol diyarından Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb

"Report" xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

Mikroavtobus yolun kənarında dayanmış “KamAZ” ilə toqquşub və ardından "Opel" markalı avtomobili "sürtüb".

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.

MilliYol.Az

Rusiyadan Azərbaycana gələn sərnişin mikroavtobusu qəzaya uğradı - Milliyol.az