Rusiyalı deputatlar təcili Ermənistana gedib


Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin deputatları Ermənistana gedib

AzVision.az xəbər verir ki, bu barədə “TASS-a Rusiya parlamentindəki mənbə bildirib. Qeyd olunub ki, hazırda komitənin sədri Leonid Kalaşnikov daxil olmaqla 9 deputat Ermənistan parlamentinin nümayəndələri ilə görüş keçirir. 

Rusiyalı deputatlarla görüşdə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə komissiyasının üzvləri iştirak edirlər. Mənbə tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə məlumat verməyib: “Görüşün nəticələri barədə sonradan məlumat veriləcək”.
Rusiyalı deputatlar təcili Ermənistana gedib - Milliyol.az