Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı


BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb

Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb.

BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.

Ermənistan tərəfi bir müddət əvvəl Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan "Verba" və "İqla-S" zenit-raket komplekslərini aldığını iddia etmişdi.(azvision.az)

MilliYol.Az