Rusiyanın Gürcüstanın işğal olunan ərazilərində hərbi manevrləri və irəliləyişi Azərbaycan və İranda daxil olmaqla, bütün regiona siqnal kimi qiymətləndirmək olar
MilliYol.Az AzVision.az- a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq müdafiə naziri, “İslahatçılar klub”unun yaradıcısı Dmitri Şaşkin bəyan edib.
“Rusiyanın yalnız Gürcüstanda deyil, bütün regionda maraqları var”, - deyə Şaşkin bəyan edib.
Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycana siqnaldır.
Gürcüstanın sabiq müdafiə nazirinin sözlərinə görə, Rusiyanın əsas məqsədi Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına dəhliz açmaqdır.
MilliYol.Az
































