Rusiyaya qarşı sanksiyaların müddəti artırıldı


Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Aİ Şurası məlumat yayıb.

Bildirilib ki, yanvarda başa çatacağı gözlənilən sanksiyaların müddəti 2018-ci ilin iyulun 31-dək uzadılıb. 

Sanksiyaların müddətinin uzadılmasına səbəb Ukraynadakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının tam həcmdə icra olunmaması göstərilir. (azvision.az)
Rusiyaya qarşı sanksiyaların müddəti artırıldı - Milliyol.az