Rza Zərrabın Ebru Gündəşə azərbaycanlı “hədiyyəsi“ - FOTO

Türkiyənin nüfuzlu KİV-lərindən olan Milliyet-də "O Ses Türkiye"nin çempionlarına aid yazı dərc olunub.

MilliYol.Az milli.az-a istinadən xəbər verir ki, onlar arasında "O Ses Türkiye 2015"in azərbaycanlı qalibi Elnur Hüseynovla da bağlı müəyyən məqamlar qabardılıb.

Yazıda, Hadisə, Gökhan, Ebru Gündeş, Mazhar Alanson-Özkan Uğur münsiflərinin olduğu "2015-ci ilin "O Ses Türkiye" birincisi, əslində, başdan müəyyən idi" qeyd edilib.

Türkiyə KİV-i Elnur Hüseynovun möhtəşəm səsiylə ilk gündən çempionluğunu elan etdiyini qeyd edib. O da qeyd edilib ki, Elnur sayəsində Ebru Gündeş "yatdığı yerdə" sözügedən mahnı müsabiqəsində ilk çempionluğunu qazanmış oldu. Milliyet, əsasən, o mövsüm hər kəs Rza Zərrabın Ebru Gündeş üçün azərbaycanlı müğənnini xüsusi olaraq gətirdib həyat yoldaşını çempion etdiyindən danışdığını qeyd edib.

MilliYol.Az 
Rza Zərrabın Ebru Gündəşə azərbaycanlı “hədiyyəsi“ - FOTO - Milliyol.az