Saakaşvili: “Bu il hakimiyyətə gələcəm”


Mixail Saakaşvili Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasını digər partiyalarla danışıqlara başlamağa səsləyib

Axar.az xəbər verir ki, bu sözləri o, tərəfdarlarına video-müraciətində deyib. Saakaşvili partiyasının digər ictimai birliklərlə razılığa gələrək oktyabrda müxalifətin vahid namizədi kimi prezidentliyə namizədliyinin irəli sürülməsini istəyib:

“Biz 2018-ci ildə hakimiyyətə geri dönməliyik. Bunu necə edəcəyik? Biz prezident seçkilərini qazanıb, İvanişvilinin idarəetməsini, onun feodal sarayını dağıdacağıq”.
Saakaşvili: “Bu il hakimiyyətə gələcəm” - Milliyol.az