Saat 15.00-a olan seçici fəallığı -60,7 faiz



Azərbaycanda keçirilən prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb

APA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib.

Onun sözlərinə görə, seçkidə 60,74 faiz seçici iştirak edib.

Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

***

Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

APA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.

Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizi deməkdir.

Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfərdir.

***

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 10:00-a qədər 994196 nəfər səs verib.

Onun sözlərinə görə, seçkidə 18,71 faiz seçici səs verib.

Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.


MilliYol.Az
Saat 15.00-a olan seçici fəallığı -60,7 faiz - Milliyol.az