Sabah “Qarabağ” Suriya milli komandası ilə üz-üzə gələcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq

Klubun “Facebook” səhifəsində yerləşdirilmiş məlumata əsasən, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.

Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan - 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.
Sabah “Qarabağ” Suriya milli komandası ilə üz-üzə gələcək - Milliyol.az