Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

Sabirabadın baş memarı saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu oğlu tutulub.

O külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Sabirabadda əməliyyat: Baş memar saxlanıldı - Milliyol.az