Salyanda üç ov tüfəngi polisə təhvil verilib

Salyan rayonunda üç ov tüfəngi polisə təhvil verilib

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Salyan rayonunun Seyidsadıqlı kənd sakinləri Xudayar Kazımov, Cavanşir Əsədov və Nizami Kazımov 3 ədəd “İJ-16” markalı ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.

MilliYol.Az

Salyanda üç ov tüfəngi polisə təhvil verilib - Milliyol.az