Samuxda sürücü və sərnişin həbs edildi

Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib

Samux rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Elşən Quliyevin idarə etdiyi “VAZ-21214” markalı avtomobildən 365 qram marixuana aşkar edilib.

Sürücü və sərnişini, Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Bağırzadə saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)

MilliYol.az

Samuxda sürücü və sərnişin həbs edildi - Milliyol.az