Saray məktəbindən 10 kompüter oğurlayan şəxs tutuldu


Abşeronda məktəbdən oğurluq etmiş şəxs tutulub

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Saray qəsəbəsindəki orta məktəblərin birindən 10 ədəd kompüter oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Roman Qafarov saxlanılıb.

Araşdırma aparılır.

MilliYol.Az
Saray məktəbindən 10 kompüter oğurlayan şəxs tutuldu - Milliyol.az