Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.

MilliYol.az-ın xəbərinə görə, o, həmçinin Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi - Milliyol.az