Səfir: İlham Əliyev Macarıstana rəsmi səfər edəcək


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək

Virtualaz.org-un məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.

Diplomatın sözlərinə görə, avqustun 24-25-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək. Səfir qeyd edib ki, nazirin səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq da müzakirə olunacaq.

MilliYol.Az
Səfir: İlham Əliyev Macarıstana rəsmi səfər edəcək - Milliyol.az