Sel İranı 50 milyon dollarlıq ziyana saldı

Sel İranın Mazandaran vilayətinin infrastrukturu, kənd təsərrüfatı, yaşayış və ticarət massivləri və yollarına təxminən 50 milyon dollar dəyərində ziyan vurub

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayətinin valisi Məhəmməd İslami İRNA-ya deyib.

Onun sözlərinə görə, sel nəticəsində 2650 mənzilə zərər dəyib. 82 mənzil tamamilə dağılıb, 2570 mənzil isə ziyan görüb.

MilliYol.Az

Sel İranı 50 milyon dollarlıq ziyana saldı - Milliyol.az