Səudiyyə Ərəbistanla İsrail arasında razılaşma var?


Səudiyyə Ərəbistanı və İsrail arasında razılaşmanın əldə edilməsi məsələsinə ər-Riyaddan sərt reaksiya gəlib

 Səudiyyə Ərəbistanı İsraillə hər hansı razılaşmanın əldə edilmədiyini bildirib.

Ər-Riyad tərəfi “Air İndia” şirkətinə məxsus təyyarələrin heç bir halda Səudiyyə hava sərhədlərinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib.

Qeyd edək ki, İsrail tərəfinin yaydığı məlumatda ər- Riyad rəhbərliyinin Hindistanın paytaxtı Dehlidən Tel-Əvivə uçacaq təyyarələr üçün hava sərhədlərini açması ilə bağlı razılıq əldə edildiyini yazılmışdı. (teleqaraf.com)
Səudiyyə Ərəbistanla İsrail arasında razılaşma var? - Milliyol.az