Səudiyyə şahzadəsindən Qaşıqçı açıqlaması: İstədiyiniz əsla olmayacaq

Səudiyyə Ərəbistanı taxtının vəliəhdi şahzadə Məhəmməd bin Salman C.Qaşıqçı cinayəti ilə bağlı açıqlama edib

Selman "Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz" deyib.

Şahzadənin müraciətinin tam mətni:

"Mən burada bütün ortalığı qarışdırmağa çalışanlara səslənmək istəyirəm. Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz. Salman bin Əbdüləzizin adını ləkələyə bilməyəcəksiniz. Vəliəhdin də adını ləkələyə bilməyəcəksiniz.

Türkiyədə bir prezident var - Ərdoğan. Onun adını da kirlədə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl münasibətləri göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik".(Milli.Az)

MilliYol.Az