Sevgilisindən 30 milyonluq toy hədiyyəsi

Türkiyəli aktrisa Eda Eceylə basketbolçu sevgilisi Buğrahan Tuncer evlənir.

MilliYol.Az xəbər verir ki, toy hədiyyəsi olaraq sevgilisi aktrisaya Bodrumda dəyəri 30 milyon lirə (təxminən 2 milyon 652 min 122 manat) olan villa alıb. Hazırda dizayn işləri aparılan mülkün toy üçün tam hazır olacağı bildirilib.

Qeyd edək ki, cütlüyün özəl günü iyunun 20-də baş tutacaq.

Eda hazırda "Yasak elma" serialında "Yıldız" obrazını canlandırır.

Sevgilisindən 30 milyonluq toy hədiyyəsi - Milliyol.az