“Səxavətimizdən sui-istifadə edilməsinə icazə vermərik”


ABŞ hakimiyyəti 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə maliyyə yardımının 285 milyon dollar azaldılması barədə qərar qəbul edib

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. “Biz ABŞ vətəndaşlarının səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”, – deyə o vurğulayıb. Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, 3 milyard dollardan çoxunu ABŞ maliyyələşdirir.

MilliYol.Az
“Səxavətimizdən sui-istifadə edilməsinə icazə vermərik” - Milliyol.az