SOCAR-ın Xarici Təqaüd Proqramının şərtləri və qaydaları dəyişdirilib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xarici Təqaüd Proqramının şərtləri və qaydalarına dəyişiklik edilib

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, bu ildən etibarən SOCAR-ın Xaricdə təhsil proqramı yalnız şirkətdə işləyən gənc mütəxəssislər üçün nəzərdə tutulub.

Qeyd edək ki, SOCAR-ın Təqaüd Proqramı 2006-cı ildə təsis edilib. Proqram çərçivəsində hər il 50-ə yaxın gəncin SOCAR-ın vəsaiti hesabına xarici ölkədə təhsil almasına imkan yaradılır. SOCAR təqaüdü təhsil haqqı, vizaların alınması, tibbi sığorta, yaşayış, nəqliyyat xərcləri və s. daxil olmaqla bütün xərcləri əhatə edir.

MilliYol.Az
SOCAR-ın Xarici Təqaüd Proqramının şərtləri və qaydaları dəyişdirilib - Milliyol.az